Elmi Seminarda dissertasiya işi müzakirə olundu 11.10.2019
- Oxunub 1242 dəfə
Oktyabrın 11-də AMEA İqtisadiyyat İnstitutunda Elmi Seminar keçirildi. İ.f.d., dos. Allahyar Muradovun sədrliyi ilə baş tutan seminarda Cəmilzadə Şəhla Vəkil qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparıldı. İddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.
Sumqayıt Dövlət Universitetinin doktorantı olan Ş.Cəmilzadə “Abşeron iqtisadi rayonunun sosial-iqtisadi inkişafının idarə edilməsinin tədqiqi” mövzusunda (“Ümumi iqtisadiyyat” ixtisası üzrə) dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər prof. Tərbiz Əliyev).
Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Ramiz İsgəndərov və i.f.d. Kamran Abdullayev əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı Ş.Cəmilzadə suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyə olundu (economics.com.az).