Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda iki dissertasiya işi müzakirə olundu

  • Oxunub 1128 dəfə

   Oktyabrın 25-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

 İlk olaraq Azərbaycan Dövlət İdarəetmə Akademiyasının doktorantı Fidan Eldar qızı İsmayılova “Qlobal maliyyə böhranları şəraitində Azərbaycanda pul - bank sisteminin tənzimlənməsi” mövzusunda dissertasiya işi haqda məlumat verdi (elmi rəhbər, i.e.d., professor Şahin Sadıqov). O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilərin – i.f.d. Y.Məmmədov, i.f.d. B.Qurbanov və i.f.d. T.Qurbanova təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildiriblər. İddiaçı F.İsmayılova seminar üzvlərinin ona ünvanlanmış suallarına, habelə rəyçilərin iradlarına ətraflı cavab verdi. Seminar üzvləri işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu.

 Seminarın ikinci hissəsində İran vətəndaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantı Xorrəm Şirindil oğlu Adibniyan «Mənzil tikintisinin inkişaf problemləri və onun idarə edilməsi mexanizmi (Təbriz şəhəri timsalında)»  mövzusunda dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbərlər i.e.d., prof. M.Fərzəliyev). Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.f.d. Ramil Əliyev, i.f.d. Vilayət Ramazanov və i.f.d. Asif Mustafayev əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı Xorrəm Adibniyan suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması, rəyçilərlə razılaşdırılması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu (economics.com.az).