Elmi Seminarda iki dissertasiya işinin müzakirəsi keçirilib
- Oxunub 323 dəfə
Fevralın 18-də AMEA İqtisadiyyat İnstitutunda Elmi Seminar keçirilmişdir. İqtisad elmləri doktoru, professor Elşad Məmmədovun sədrliyi ilə baş tutan “Ümumi iqtisadiyyat” ixtisası üzrə seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının yeni tələblərinə uyğun olaraq müzakirələri aparılıb. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Kamran Abdullayev məlumat verib.
İlk olaraq AMEA İqtisadiyyat İnstitutunun dissertantıSamir Məsud oğlu Mahmudov “Əhalinin sosial müdafiəsinin gücləndirilməsində tibbi sığorta sisteminin rolunun artırılması istiqamətləri” mövzusunda dissertasiya işi ilə bağlı geniş təqdimatla çıxış edib. İş üzrə təyin olunmuş rəyçilərin (Prof. Xatirə Hüseynova və i.f.d., dos. Rəşad Hüseynov) rəyi dinlənilib, iddiaçı sualları cavablandırıb. Seminar üzvləri işlə bağlı öz mülahizələrini səsləndirdilər. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olunub.
Sonra “Ümumi iqtisadiyyat” və “Sahə iqtisadiyyatı” ixtisasları üzrə Elmi Seminarların birgə onlayn iclası keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetin dissertantı Vüqar Əhməd oğlu Məmmədli“Azərbaycanda yerli özünüidarəetmənin maliyyə təminatının yaxşılaşdırılması istiqamətləri” mövzusunda dissertasiya işi üzrə təqdimatla çıxış edib. İş üzrə təyin olunmuş rəyçilərin (Prof. Xatirə Hüseynova, i.f.d., dos. Mahir Zeynalov, i.f.d., dos. Ramil Əliyev) rəyi dinlənilib, iddiaçı sualları cavablandırıb. Seminar üzvləri işlə bağlı çıxış edərək öz fikirlərini bildiriblər və dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olunub (economics.com.az).