Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda dissertasiya işinin müzakirəsi keçirilib

  • Oxunub 309 dəfə

 Fevralın 24-də AMEA İqtisadiyyat İnstitutunda 5307.01-“İqtisadi nəzəriyyə” ixtisası üzrə elmi seminar keçirilmişdir. 

  Seminarda İqtisadiyyat İnstitutunun doktorantı Leyla Rövşən qızı Serttaşın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İstehsalın dayanıqlı inkişafının təmin olunmasının makro-iqtisadi problemləri (aqrar sahənin materialları əsasında)” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru Fuad Qənbərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Asif Mustafayev məlumat verib. L.Serttaş dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., prof. İrşad Kərimli və i.f.d., dos. Tariyel Qurbanov) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).