Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda dissertasiya işinin müzakirəsi keçirilib

  • Oxunub 1264 dəfə

 Martın 5-də AMEA İqtisadiyyat İnstitutunda 5307.01 – “İqtisadi nəzəriyyə” və 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisasları üzrə birgə elmi seminar keçirilmişdir.

 Seminarda İqtisadiyyat İnstitutunun dissertantı Hüseynov Əkbər Səttar oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “ŞAMA ölkələrində və Azərbaycanda fiskal siyasətin makroiqtisadi təsirlərinin müqayisəli-ekonometrik təhlili” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru Fuad Qənbərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Asif Mustafayev məlumat verib. Ə.Hüseynov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., prof. Dünyamalı Vəliyev, i.e.d. Sevda Mikayılova, i.f.d., dos. Fərqanə Musayeva, i.f.d. Təbriz Yadigarov) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).