Elmi Seminarda dissertasiya işinin müzakirəsi keçirilib
- Oxunub 402 dəfə
Aprelin 20-də AMEA İqtisadiyyat İnstitutunda 5312.01 – “ Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda Vəliyev Fərahim Əlif oglunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üşün təqdim etdiyi “Layihələrin idarə edilməsinin təşkilati mexanizminin təşəkkülü və inkişaf perspektivləri (Azərbaycanın mənzil tikintisinin timsalında)” adlı dissertasiya işinin müzakirəsi aparılmışdır.
İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Famil Rüstəmov məlumat verib. F.Vəliyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., prof. Qənimət Səfərov və i.f.d., dos. Ramil Əliyev) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini, irad və təkliflərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).