Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı dissertasiya işi müzakirə olunub

  • Oxunub 330 dəfə

 Mayın 6-da AMEA İqtisadiyyat İnstitutunda 5308.01 -“Ümumi iqtisadiyyat” ixtisası üzrə elmi seminar keçirilmişdir.

 Seminarda Əliyeva Jalə Rəhman qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasında kənd əhalisinin həyat səviyyəsi və onun keyfiyyətcə yaxşılaşdırılmasının əsas istiqamətləri” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru, professor Elşad Məmmədovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Kamran Abdullayev məlumat verib. J.Əliyeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., professor Rəsul Balayev, i.f.d., dos. Samirə Əhmədova) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

 Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).