Elmi seminarda “Təkrar istehsal prosesinin bazar mexanizmi və milli iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda dissertasiya işi müzakirə olunub
- Oxunub 406 dəfə
İyunun 2-də AMEA İqtisadiyyat İnstitutunda 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda AMEA İqtisadiyyat İnstitutunun dissertantı Verdiyeva Pərvin Süleyman qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Təkrar istehsal prosesinin bazar mexanizmi və milli iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.
İqtisad elmləri doktoru Fuad Qənbərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Asif Mustafayev məlumat verib. P.Verdiyeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., prof. Hacıağa Rüstəmbəyov, i.f.d., dos. Asif Mustafayev) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).