Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi seminarda “Neft-kimya sənayesində fərdi sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəliliyinin yüksəldilməsi yolları” müzakirə olunub

  • Oxunub 251 dəfə

 İyunun 23-də (2022-ci il) AMEA İqtisadiyyat İnstitutunda 5312.01 – “ Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.

 Seminarda Xankişiyev Fərid Xanbaba oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Neft-kimya sənayesində fərdi sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəliliyinin yüksəldilməsi yolları» mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru, professor Qənimət Səfərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Famil Rüstəmov məlumat verib. F.Xankişiyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib.

 Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).