Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda dissertasiya işlərinin müzakirəsi 20.10.2015.

  • Oxunub 1343 dəfə

 Oktyabrın 20-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi

 AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin sədrliyi ilə keçirilən seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

 İlk əvvəl Təhsil Nazirliyi Azərbaycan Universitetinin dissertantı İlham Mirzəzakir oğlu Dadaşov (5310.01 - “Dünya iqtisadiyyatı” ixtisası üzrə) “Azərbaycanın müasir beynəlxalq əmək bölgüsü sisteminə rasional inteqrasiyası” mövzusunda dissertasiya işi (elmi rəhbər i.e.d., prof. R.R.Quliyev) haqda məlumat verdi. O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər i.e.d., professor Mübariz Bagırov və i.f.d. Aqil Eyvazov çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İddiaçı İ.Dadaşov seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Habelə seminarda çıxış edənlər də tədqiqat işinin aktuallığını vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda İ.Dadaşovun dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi.

 İkinci iddiaçı - Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin dissertantı Babapur Vərzeqani Mocahed (5307.01 - «İqtisadi nəzəriyyə» və 5310.01 - «Dünya iqtisadiyyatı» ixtisası üzrə) “İstehsal-iqtisadi münasibətlərin təkmilləşdirilməsi (İran İslam Respublikasının kənd təsərrüfatının materialları əsasında)” mövzusunda dissertasiya işinin (elmi rəhbər i.e.d., prof. İ.H.Alıyev) əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi. Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər - i.f.d. Rüfət Efendiyev, i.f.d. Mayıs Gülalıyev və i.f.d. Asif Mustafayev çıxış edərək əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).