Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda iki dissertasiya işi müzakirə edilmişdir 22.06.2016

  • Oxunub 1085 dəfə

 İyunun 22-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi

 AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

 İlk əvvəl AMEA İqtisadiyyat İnstitutunun dissertantı Əmirov İmran Balamirzə oğlu “Azərbaycanın metallurgiya sənayesinin inkişafı və rayonlararası iqtisadi əlaqələrin təkmilləşdirilməsi” mövzusunda (“Sahə ixtisası” ixtisası üzrə) dissertasiya işi (elmi rəhbər i.e.d., prof. Rəna Sultanova) haqda məlumat verdi. O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər – i.e.d. Fərhad Rəhmanov və i.f.d. Aqil Əsədov təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildiriblər. İddiaçı İmran Əmirov seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminarda çıxış edənlər tədqiqat işinin aktuallığını vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda İ.Əmirovun dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi.

 Seminarın ikinci hissəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin dissertantı Vəliyev Fərahim Əli oğlu “Layihələrin idarə edilməsinin təşkilat mexanizminin təşəkkülü və inkişaf perspektivləri (Azərbaycanın mənzil tikintisinin timsalında)” mövzusunda (“Sahə ixtisası” ixtisası üzrə) dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər i.e.d. Vasif Şirəliyev). Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d. Ramiz İsgəndərov və i.f.d. Ramil Əliyev əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı Fərahim Vəliyev suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).