Dissertasiya Şurasında dissertasiya işi müdafiə edildi 26.12.2017
- Oxunub 1059 dəfə
Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib
Dekabrın 26-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclasda Aynur Nəbi qızı Babayevanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qloballaşma şəraitində Azərbaycan sənayesinin sahəvi strukturunun formalaşması xüsusiyyətləri” mövzusunda dissertasiyası müzakirə edildi (elmi rəhbər i.e.d., prоf. G.Z.Yüzbaşıyeva). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Aynur Babayeva dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prоf. M.C.Atakişiyev və i.f.d., dos. N.B.Böyükkişi mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutudur. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı A.Babayeva opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.
İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda A.Babayevanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Avtoreferatla aşağıdakı linki yükləməlkə tanış olmaq olar
A.N.Babayeva “Qloballaşma şəraitində Azərbaycan sənayesinin sahəvi strukturunun formalaşması xüsusiyyətləri”