Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiya Şurasında regionlarda lizinq xidmətinin təkmilləşdirilməsi ilə bağlı dissertasiya işi müdafiə olundu

  • Oxunub 1166 dəfə

Dissertasiya işi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda yerinə yetirilib

  Yanvarın 31-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclasda Zaur Rauf oğlu Əsədovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasının regionlarında lizinq xidmətinin təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işi müzakirə edildi (elmi rəhbər i.e.d., prоf. R.B.Əliyev). Dissertasiya işi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Zaur Əsədov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.

 Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prоf. İsa Alıyev və i.f.d., dos. Ramil Hüseyn mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Memarlıq və İnşaat Universitetidir. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı Z.Əsədov opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.

 İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda Z.Əsədovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

Avtoreferatla aşağıdakı linki yükləməlkə tanış olmaq olar

 “Azərbaycan Respublikasının regionlarında lizinq xidmətinin təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi istiqamətləri”