“Makroiqtisadi tənzimləmədə faiz siyasəti” mövzusunda dissertasiya işi müdafiə olundu
- Oxunub 1015 dəfə
Mayın 11-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirildi. İqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutuan iclasda Nəcəfov Salman Əli oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Makroiqtisadi tənzimləmədə faiz siyasəti” mövzusunda dissertasiya işi müzakirə olundu (elmi rəhbər i.e.d., prof. M.X.Meybullayev). Dissertasiya işi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Salman Nəcəfov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prоf. İsa Alıyev və i.f.d., dos. Əbülfət Kərimov mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Unversitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasdır.
İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı S.Nəcəfov opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Çox güniş müzakirələrdən sonra S.Nəcəfovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Avtoreferatla aşağıdakı linki yükləməlkə tanış olmaq olar
Salman Əli oğlu Nəcəfov “Makroiqtisadi tənzimləmədə faiz siyasəti”