Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Real iqtisadiyyat sektorunda kommersiya banklarının rolunun artırılması” mövzusunda dissertasiya işi müdafiə edildi

  • Oxunub 913 dəfə

 Mayın 25-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirildi. İqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutuan iclasda Musayev Samir İlqar oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Real iqtisadiyyat sektorunda kommersiya banklarının rolunun artırılması” mövzusunda dissertasiya işi müzakirə olundu (elmi rəhbər akademik Ziyad Səmədzadə). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra S.Musayev dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prоf. Zahid Məmmədov və i.f.d. Vüqar Bayramov mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Unversitetinin “İqtisadiyyat və menecment”  kafedrasıdır.

 İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı S.Musayev opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Çox güniş müzakirələrdən sonra S.Musayevin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

Avtoreferatla aşağıdakı linki yükləməlkə tanış olmaq olar

Musayev Samir İlqar oğlu “Real iqtisadiyyat sektorunda kommersiya banklarının rolunun artırılması"