Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiya Şurasında iki İran vətəndaşı dissertasiya işini müdafiə etdi

  • Oxunub 881 dəfə

 Dekabrın 14-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında iki İran vətəndaşının dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi.

  Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan ilk iclasda Məsud Yusif oğlu Yəzdaninin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İran İslam Respublikasında özəl bankların iqtisadi inkişafda rolu” mövzusunda dissertasiyası müzakirə edildi (elmi rəhbər akademik Ziyad Səmədzadə). Dissertasiya işi AMEA Şərqşünaslıq İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Məsud Yəzdani dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d. Fuad Qənbərov və  i.f.d. Kamran İsayev mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Universitetinin „Dünya iqtisadiyyatı“ kafedrasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. Şuranın üzvləri də işlə bağlı öz mülahizələrini, irad və təkliflərini bildirdilər. Sonda M.Yəzdaninin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi.

 İkinci iclasda İran vətəndaşı Mənuçər Əlişan oğlu Molaiyenin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Kənd təsərrüfatı istehsalatının ixtisaslaşdırılması və səmərəliliyi problemləri (Ərdəbil bölgəsinin misalında)” mövzusunda dissertasiyası müzakirə olundu (elmi rəhbər akademik Ziyad Səmədzadə). Dissertasiya işi AMEA Şərqşünaslıq İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra M.Molaiye dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla cıxış etdi.  Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d. Esma Emir-İlyasova və i.f.d. Hürü Şamilova mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Universitetinin „Dünya iqtisadiyyatı“ kafedrasıdır.

 İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. Şuranın üzvləri də işlə bağlı öz mülahizələrini, irad və təkliflərini bildirdilər. Sonda M.Molaiyenin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

  İddiaçıların dissertasiya işləri və avtoreferatları ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.

 Avtoreferat Məsud Yusif oğlu Yəzdani “İran İslam Respublikasında özəl bankların iqtisadi inkişafda rolu»

 Avtoreferat Mənuçər Əlişan oğlu Molaiye “Kənd təsərrüfatı istehsalatının ixtisaslaşdırılması və səmərəliliyi problemləri (Ərdəbil bölgəsinin misalında)”