Dissertasiya Şurasında daha bir dissertasiya işi müdafiə olundu
- Oxunub 1461 dəfə
İyunun 2-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında “Azərbaycanda reklam bazarının inkişaf problemləri” mövzusunda dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclasda Şamxalova Samirə Oqtay qızının 5312.01 – “Sahə iqtisadiyyat” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya (elmi rəhbəri i.e.d., professor A.Abbasov) müzakirə edildi. Dissertasiya işi Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarə edilməsi” kafedrasında yerinə yetirilib. İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra S.Şamxalova dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında geniş təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin – professorlar M.Atakişiyev, R.Sultanova, R.Cəbiyev, N.İmanov, Q.Süleymanovun işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş opponentlər - i.e.d., professor Hacıağa Rüstəmbəyov və i.f.d. Tahir İbrahimov çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutudur. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verdi.
Dissertasiya işi ilə bağlı çıxış edən Şuranın üzvləri də irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda iddiaçının dissertasiya işi səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).