Dissertasiya Şurasında “ŞAMA ölkələrində və Azərbaycanda fiskal siyasətin makroiqtisadi təsirlərinin müqayisəli-ekonometrik təhlili” mövzusunda dissertasiya işi müdafiə olundu
- Oxunub 279 dəfə
Mayın 7-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclasda Hüseynov Əkbər Səttar oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün, 5307.01 – “İqtisadi nəzəriyyə” və 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisası üzrə təqdim etdiyi “ŞAMA ölkələrində və Azərbaycanda fiskal siyasətin makroiqtisadi təsirlərinin müqayisəli-ekonometrik təhlili” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər prof. Akif Musayev). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra Ə.Hüseynov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər – i.e.d., prof. Rövşən Quliyev, i.e.d., prof. Hacıağa Rüstəmbəyov və i.f.d., dos. Tariyel Qurbanovun rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda Ə.Hüseynovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).
İddiaçının dissertasiya işi və avtoreferatı ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.