“Əhalinin sosial müdafiəsinin gücləndirilməsində tibbi sığorta sisteminin rolunun artırılması istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə olundu
- Oxunub 290 dəfə
İyunun 4-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda Mahmudov Samir Məsud oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 5308.01 - “Ümumi iqtisadiyyat” ixtisası üzrə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsində tibbi sığorta sisteminin rolunun artırılması istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər dos. R.Abdullayeva). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunun Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsində yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra S.Mahmudov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., professorlar Məhəbbət Məmmədov, Ramiz İsgəndərov və i.f.d., dos. Pərviz Həsənovun rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda S.Mahmudovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).
İddiaçının dissertasiya işi və avtoreferatı ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.