Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Azərbaycanda xarici ticarətin liberallaşması ilə bağlı dissertasiya işi müdafiə olundu

  • Oxunub 384 dəfə

 İyunun 30-da AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.

 Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda Abasova Suriya Aydinovnanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5310.01- “Dünya İqtisadiyyatı” və 5308.01 - “Ümumi iqtisadiyyat” ixtisasları üzrə) “Azərbaycanda xarici ticarətin liberallaşması ilə daxili bazarın qorunması arasında tarazlığın təmin edilməsi yolları” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər prof. N.İmanov). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsində yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra S.Abasova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., professor  Səfər Pürhani, i.f.d., dosent Şahin Bayramov, i.e.d., professor Elşad Məmmədov, i.e.d., professor Fərhad Rəhmanovun rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda S.Abasovanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

İddiaçının avtoreferatı ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.

Avtoreferat