Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Azərbaycanda müstəqil auditor xidmətinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi mövzusunda doktorluq dissertasiya işi müdafiə edildi

  • Oxunub 309 dəfə

 Sentyabrın 9-da AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında doktorluq dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.

 Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclasda Məmmədov Yaşar Əzimağa oğlunun iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi  “Azərbaycan Respublikasında müstəqil auditor xidmətinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və onun yüksəldilməsi yolları” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır. Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra Y.Məmmədov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., professorlar Qənimət Səfərov, Tərbiz Əliyev, Rəsul Balayev və Fizuli Məmmədovun rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda Y.Məmmədovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

İddiaçının dissertasiya işi və avtoreferatı ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.

Avtoreferat

Dissertasiya