Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda “Azərbaycan Respublikasında sosial müdafiə siteminin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiya işi müdafiə edildi

  • Oxunub 294 dəfə

 Oktyabrın 5-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında elmlər doktoruluğu dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.

 Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclasda Rəsmiyyə Sabir qızı Abdullayevanın iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasında sosial müdafiə siteminin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır. Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib (Elmi məsləhətçi prof. Şahbaz Muradov).

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra R.Abdullayeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., professorlar Elşən Hacızadə, Məhəbbət Məmmədov, Rəna Sultanova və Qəzənfər Süleymanovun rəyləri dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda R.Abdullayevanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

İddiaçının dissertasiya işi və avtoreferatı ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.

Avtoreferat

Dissertasiya