“Bazar mexanizminin milli iqtisadi xüsusiyyətləri və onun inkişaf istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə olunmuşdur
- Oxunub 289 dəfə
Noyabrın 24-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda Ramal İrşad oğlu Kərimovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5307.01 – İqtisadi nəzəriyyə) “Bazar mexanizminin milli iqtisadi xüsusiyyətləri və onun inkişaf istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər prof. Hacıağa Rüstəmbəyov).
Dissertasiya işi İqtisadiyyat İnstitutunun “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsində yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra R.Kərimov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - professorlar Qabil Manafov və İsa Alıyev, dosent Fikrət Rəhimlinin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda R.Kərimovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).