Azərbaycanın emal sənayesi müəssisələrinin iqtisadi inkişafda rolu mövzusunda dissertasiya işi müdafiə olunmuşdur
- Oxunub 329 dəfə
Noyabrın 17-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda Əfəndiyev Sadiq Qəhrəman oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5312.01 - “Sahə iqtisadiyyatı”) “Azərbaycanın emal sənayesi müəssisələrinin iqtisadi inkişafda rolu və onun təkmilləşdirilməsi mexanizmləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər prof. Qəzənfər Süleymanov). Dissertasiya işi Azərbaycan Texnologiya Universitetinin Menecment kafedrasında yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra S.Əfəndiyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., prof. İlham Aslanzadə, i.f.d., dos. Nəriman Böyükkişi və i.f.d., dos. Ramil Əliyevin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda S.Əfəndiyevin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).