Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Aqrobiznes fəaliyyətinin stimullaşdırılması istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə olundu

  • Oxunub 276 dəfə

 Dekabrın 15-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.

 Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda Mehdiyev Fərid Siyavuş oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5312.01-“Sahə iqtisadiyyatı”) “Aqrobiznes fəaliyyətinin stimullaşdırılması istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər i.e.d., prof. Fizuli Məmmədov).

 Dissertasiya işi Azərbaycan Dövlət Aqrar Universitetində yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra F.Mehdiyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., prof. İsa Alıyev, i.f.d., dos. Əsgər Əliyev və i.f.d., dos. Möhübbət Hüseynovun rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

 Sonda F.Mehdiyevin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

Avtoreferat