Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiya Şurasında dissertasiya işi müdafiə olundu

  • Oxunub 1233 dəfə

 Yanvarın 8-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında “Qloballaşma şəraitində yeyinti sənayesi məhsullarının keyfiyyətinin yüksəldilməsi yolları” mövzusunda dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi.

 Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclasda Kərimov Sənan Əlihadi oğlunun 5312.01 – “Sahə iqtisadiyyat” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi (elmi rəhbəri i.e.d., professor A.B.Abbasov) müzakirə edildi. Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib. İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra S.Kərimov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 Sonra iddiaçı S.Kərimov Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş opponentlər - i.e.d., prof. Telman Babayev və i.f.d. Nəsimi Kamalov çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutudur. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.

 Dissertasiya işi ilə bağlı çıxış edən Şuranın üzvləri - professorlar Ə.Nuriyev, R.Sultanova, İ.Alıyev, M.Atakişiyev və digərləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda iddiaçının dissertasiya işi səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).