Dissertasiya Şurasında iki dissertasiya işi müdafiə edilmişdir
- Oxunub 1301 dəfə
Fevralın 12-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında iki dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclacda ilk olaraq Kamilla Fikrət qızı Hüseynovanın 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanin neft-qaz sənayesində ekoloji menecmentin formalaşmasının nəzəri-metodoloji əsaslari” mövzusunda (elmi rəhbər i.e.d., prof. S.Q.Cümşüdov) dissertasiyası müzakirə edildi. Dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerinə yetirilib. İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra K.Hüseynova dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında geniş təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş opponentlər - i.e.d. Beykəs Xıdırov və i.f.d. Kamran Abdullayev çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutudur. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı K.Hüseynova opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər.
Sonra ikinci iddiaçı Heydərov Xanlar Bəylər oğlunun 5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiəyə təqdim etdiyi “Aqrar sahədə sosial-iqtisadi idarəetmənin təkmilləşdirilməsi” mövzusunda (elmi rəhbər i.e.d., prof. İ.H.Alıyev) dissertasiyası müzakirə edildi. Dissertasiya işi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda yerinə yetirilib. İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. F.Musayeva məlumat verdikdən sonra X.Heydərov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında geniş təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş opponentlər - i.e.d., prof. Rəsul Balayev və i.f.d. Vüqar İsmayılov çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasıdır. İddiaçı X.Heydərov opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verdi. İşlə bağlı çıxış edən Dissertasiya Şurasının üzvləri irad və təkliflərlə yanaşı öz müsbət fikirlərini bildirdilər.
Sonda hər iki iddiaçının dissertasiya işi səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Müdafiə olunmuş hər iki dissertasiya işinin avtoreferatı ilə aşağıdakı linqləri yükləməklə tanış olmaq mümkündür.
Avtoreferat Kamilla Fikrət qızı Hüseynova: “Azərbaycanin neft-qaz sənayesində ekoloji menecmentin formalaşmasının nəzəri-metodoloji əsaslari” (yüklə)
Avtoreferat Heydərov Xanlar Bəylər oğlu: “Aqrar sahədə sosial-iqtisadi idarəetmənin təkmilləşdirilməsi” (yüklə)