Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Büdcə prosesinin təkmilləşdirilməsinin nəzəri-metodoloji əsasları” 29.04.16

  • Oxunub 1221 dəfə

 Dissertasiya Şurasında bu mövzuda dissertasiya işi müdafiə edildi

 Aprelin 29-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında bir dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclacda Rəşad Hüseyn oğlu Muradovun 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Büdcə prosesinin təkmilləşdirilməsinin nəzəri-metodoloji əsasları” mövzusunda (elmi rəhbər i.e.d., prof. Əli Nuriyev) dissertasiyası müzakirə edildi. Dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəetməsi və menecment” kafedrasında yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra Rəşad Muradov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.

 Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – iqtisad elmləri doktoru, prof. Ümüdvar Əliyev və i.f.d. Seyfəddin Səməndərov çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı Rəşad Muradov opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verdi.

 Qeyd edək ki, dissertasiya işinin müzakirəsi çox maraqlı və geniş diskussiya şəraitində keçdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda Rəşad Muradovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

Müdafiə olunmuş dissertasiya işinin avtoreferatı ilə aşağıdakı linqi yükləməklə tanış olmaq mümkündür.

Avtoreferat Rəşad Hüseyn oğlu Muradov: “Büdcə prosesinin təkmilləşdirilməsinin nəzəri-metodoloji əsasları” (yüklə)