Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Qloballaşma şəraitində milli iqtisadiyyatın sosial təhlükəsizlik amilləri” 28.10.2016

  • Oxunub 1716 dəfə

 Dissertasiya Şurasında bu mövzuda dissertasiya işi müdafiə edildi

 Oktyabrın 28-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında daha bir dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclacda Tural Fərhad oğlu Əliyevin 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qloballaşma şəraitində milli iqtisadiyyatın sosial təhlükəsizlik amilləri” mövzusunda (elmi rəhbər i.e.d., prof. M.X.Meybullayev) dissertasiyası müzakirə edildi. Dissertasiya işi Azərbaycan Dövlət İqtisad Universitetində yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra Tural Əliyev dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., professor İsa Alıyev və i.f.d. İmran Rzayev mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Universitetinın “İqtisadiyyat və idarəetmə” kafedrasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı T.Əliyev opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.

 İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda T.Əliyevin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

Müdafiə olunmuş dissertasiya işinin avtoreferatı ilə aşağıdakı linqi yükləməklə tanış olmaq mümkündür.

Avtoreferat Tural Fərhad oğlu Əliyev: “Qloballaşma şəraitində milli iqtisadiyyatın sosial təhlükəsizlik amilləri” (yüklə)