Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şurada dissertanturaya qəbulun nəticələri və dissertasiya mövzuları müakirə olundu 09.03.2018

  • Oxunub 922 dəfə

 Martın 9-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.

  Elmi Şurada bu il AMEA İqtisadiyyat İnstitutunun fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edildi. İnstitutun “Təhsil şöbəsi”nin müdiri, i.f.d. Arzu Hüseyn builki qəbul prosesi və nəticələr barəsində ətraflı məlumat verdi. Doktorant və dissertantların iştirakı ilə onların dissertasiya işlərinin hər birinin mövzusu ayrılıqda müzakirə edilərək təsdiq olundu.

 İclasda “Dünya iqtisadçıları” kitabı müəlliflərin iştirakı ilə müzakirə edilərək çapa tövsiyə edildi. Kitabın müəllifləri i.e.d., professor İsa Alıyev, i.f.d., dosent Yaşar Məmmədov, i.f.d. Seyfəddin Səməndərov, elmi redaktoru i.e.d. İrşad Kərimli, rəyçiləri i.e.d., professor Dünyamalı Vəliyev və i.e.d. F.Qənbərovdur.

 Elmi Şurada İnstitutun elmi katibi i.f.d., dos. Rəsmiyyə Abdullayevanın təqdimatı əsasında gizli səsvermə yolu ilə “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Mahir Zeynalova və “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsi”nin böyük elmi işçisi, i.f.d. Rəmzi Abdullayevə dosent elmi adının verilməsi barəsində də qərar qəbul edildi.

 Elmi Şuranın üzvləri İnstitutun əməkdaşları Tahirə Məmmədova və Ələsgər Sarıyevi 70 illik yebileyləri münasibətilə təbrik etdilər (economics.com.az).