Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının tərkibinə yenidən baxılaraq dəyişikliklər təsdiq olundu

  • Oxunub 1020 dəfə

 Oktyabrın 5-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda İnstitutda elmi vəzifələrin tutulması üçün keçirilmiş müsabiqənin nəticələri əsasında Elmi Şuranın tərkibinə yenidən baxılması və dəyişikliklərlə bağlı məsələ müzakirə olundu.

  İclasda İnstitutun elmi katibi, i.f.d., dos. Rəsmiyyə Abdullayeva elmi vəzifələrin tutulması üçün keçirilmiş müsabiqənin nəticələri əsasında bir necə şöbədə baş vermiş dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Aqil Əsədov öz ərizəsi ilə işdən çıxıb, i.f.d. Leyli Allahverdiyeva şöbə müdiri vəzifəsini icra edən təyin edilib. “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin müdiri vəzifəsinə heç kim seçilmədiyi üçün direktorun əmri ilə i.f.d., dos. Yaşar Məmmədov həmin şöbənin müdiri vəzifəsini icra edən təyin olunub. “Təhsil şöbəsi”nin müdiri, i.f.d. Arzu Hüseyn analıq məzuniyyətinə çıxdığına görə fizika-riyaziyyat elmləri namizədi, dos. Gülsurə Mehdiyeva həmin şöbənin müdiri vəzifəsini icra edəcək.  

 “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri olmuş i.f.d., dos. Əbdül-Səməd Həsənov baş elmi işçi, i.e.d., professor Tərbiz Əliyev isə həmin şöbənin müdiri, habelə “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri» şöbəsinin müdiri, i.f.d., dos. Cəlil Quliyev baş elmi işçi, i.f.d., dos. Pərviz Həsənov isə həmin şöbənin müdiri vəzifəsinə seçiliblər.  

 Bütün bunlar nəzərə alınmaqla Elmi Şuranın qərarı ilə Şuranın tərkibində dəyişikliklər təsdiq edildi. Beləliklə, P.Həsənov, Y.Məmmədov, L.Allahverdiyeva və G.Mehdiyeva Elmi Şuranın yeni üzvləri seçildilər. Həmçinin A.Əsədov, Ə.Həsənov, C.Quliyev və A.Hüseyn Elmi Şuranın tərkibindən çıxarıldılar (economics.com.az).