Elmi Şuranın 24.02.2015-ci il tarixli iclası
- Oxunub 2120 dəfə
24 fevral 2015-ci il tarixdə AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir.
İclasın gündəliyinə aşagıdakı məsələlər daxil edilmişdir:
1. i.e.d., prof. T.H.Hüseynovun “Milli iqtisadi inkişaf modeli: nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan” mövzusunda məruzəsi.
2. 2015-ci ilin elmi-tədqiqat planlarının təsdiqi haqqında. (A.N.Muradov)
3. Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında. (A.N.Muradov)
4. Institutun bir qrup doktorantının mövzusunun dəyişdirilməsi haqqında. (R.S.Abdullayeva)
5. “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin kiçik elmi işçisi Mənəfova Əsmər Qurban qızının elmi rəhbərinin dəyişdirilməsi haqqında. (R.S.Abdullayeva)
6. Cari məsələlər: i.e.n. Abdullayeva Abhəyat Sədi qızının və baş iqtisadçı Həsənova Sürmə Rəhim qızının 55, kiçik elmi işçi Fətullayeva Nailə Ağa Musa qızının 60 illik yubileylərinin qeyd olunması haqqında.
İclasın gündəliyinə daxil edilən məsələlər müzakirə edildikdən sonra aşagıdakı qərarlar qəbul edilmişdir:
1. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., prof. T.H.Hüseynovun “Milli iqtisadi inkişaf modeli: nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan” mövzusunda məruzəsi bəyənilsin.
2. 2015-ci ilin elmi-tədqiqat planları təsdiq olunsun.
4. İnstitutun “5307.01–İqtisadi nəzəriyyə” ixtisası üzrə dissertantı (IV kurs) Həsənova Aynurə Fəxrəddin qızının dissertasiya mövzusu dəyişdirilərək “İqtisadiyyatın diversifikasiya səviyyəsinin qiymətləndirilməsi və gücləndirilməsi” təsdiq edilsin. Elmi rəhbəri dəyişdirilərək iqtisad elmləri doktoru, professor Şəkərəliyev Arif Şəkərəli oğlu təsdiq edilsin. Mövzunun və elmi rəhbərin dəyişdirilməsi ilə bağlı qərarların təsdiq edilməsi üçün AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Bürosunun qarşısında vəsatət qaldırılsın.
- İnstitutun “5310.01–Dünya iqtisadiyyatı” ixtisası üzrə dissertantı (II kurs) Yadigarov Təbriz Abdulla oğlunun dissertasiya mövzusu dəyişdirilərək “Azərbaycanın xarici iqtisadi əlaqələrində dəniz nəqliyyatının rolunun artırılması yolları” təsdiq edilsin. Mövzunun dəyişdirilməsi ilə bağlı qərarın təsdiq edilməsi üçün AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Bürosunun qarşısında vəsatət qaldırılsın.
- İnstitutun “5312.01–Sahə iqtisadiyyatı” ixtisası üzrə dissertantı (IV kurs) Teymurova Yeganə Elman qızının fəlsəfə doktorluğu hazırlığı üzrə dissertasiya mövzusu dəyişdirilərək “Dağlıq Şirvan iqtisadi rayonunda aqrar sahənin klaster əsasında inkişaf istiqamətləri” təsdiq edilsin. Mövzunun dəyişdirilməsi ilə bağlı qərarın təsdiq edilməsi üçün AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Bürosunun qarşısında vəsatət qaldırılsın.
- İnstitutun “5308.01–Ümumi iqtisadiyyat” ixtisası üzrə dissertantı (II kurs) Hüseynov İbadət Əhli oğlunun fəlsəfə doktorluğu hazırlığı üzrə mövzusu dəyişdirilərək “Lənkəran iqtisadi rayonunun aqrar sektorunda kooperasiyanın inkişaf istiqamətləri” təsdiq edilsin. Mövzunun dəyişdirilməsi ilə bağlı qərarın təsdiq edilməsi üçün AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Bürosunun qarşısında vəsatət qaldırılsın.
- İnstitutun “5312.01–Sahə iqtisadiyyatı” ixtisası üzrə əyani doktorantı (II kurs) Əliyev Elşad Abbas oğlunun fəlsəfə doktorluğu hazırlığı üzrə dissertasiya mövzusu dəyişdirilərək “Azərbaycanda sığorta biznesinin səciyyəvi xüsusiyyətləri və səmərəliliyinin yüksəldilməsi üsulları” təsdiq edilsin. Elmi rəhbəri dəyişdirilərək iqtisad elmləri doktoru Bağırov Mübariz Məmmədhüseyn oğlu təsdiq edilsin. Mövzunun və elmi rəhbərin dəyişdirilməsi ilə bağlı qərarların təsdiq edilməsi üçün AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Bürosunun qarşısında vəsatət qaldırılsın.
- İnstitutun “5310.01–Dünya iqtisadiyyatı” ixtisası üzrə dissertantı (IV kurs) Hüseynova Kəmalə Hüseynağa qızının fəlsəfə doktorluğu hazırlığı üzrə dissertasiya mövzusu dəyişdirilərək “Neftlə çirklənmənin ekoloji-iqtisadi təsirlərinin aradan qaldırılmasında xarici iqtisadi əlaqələrin rolunun artırılması istiqamətləri” təsdiq edilsin. Elmi rəhbəri dəyişdirilərək iqtisad elmləri doktoru, professor Əliyev Tərbiz Nəsib oğlu təsdiq edilsin. Mövzunun və elmi rəhbərin dəyişdirilməsi ilə bağlı qərarların təsdiq edilməsi üçün AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Bürosunun qarşısında vəsatət qaldırılsın.
- İnstitutun “5302.01–Sahə iqtisadiyyatı” ixtisası üzrə dissertantı (III kurs) Rəhimov Orxan Məzahir oğlunun fəlsəfə doktorluğu hazırlığı üzrə dissertasiya mövzusu dəyişdirilərək “Azərbaycanın elektrotexnika müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətləri” təsdiq edilsin. Mövzunun dəyişdirilməsi ilə bağlı qərarın təsdiq edilməsi üçün AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Bürosunun qarşısında vəsatət qaldırılsın.
- İnstitutun “5309.01–Sənayenin təşkili və dövlət siyasəti” ixtisası üzrə dissertantı (III kurs) Əliyev Rəşad Əmirşah oğlunun fəlsəfə doktorluğu hazırlığı üzrə dissertasiya mövzusu dəyişdirilərək “Azərbaycanın neft sənayesinə xarici investisiyaların iqtisadi səmərəliliyinin yüksəldilməsi istiqamətləri” təsdiq edilsin.Mövzunun dəyişdirilməsi ilə bağlı qərarın təsdiq edilməsi üçün AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Bürosunun qarşısında vəsatət qaldırılsın.
- İnstitutun “5309.01–Sənayenin təşkili və dövlət siyasəti” ixtisası üzrə dissertantı (II kurs) Məmmədov Çingiz Rza oğlunun fəlsəfə doktorluğu hazırlığı üzrə dissertasiya mövzusu dəyişdirilərək “Azərbaycan Respublikasında alternativ enerji mənbələrindən istifadənin iqtisadi səmərəliliyi və onun yüksəldilməsi” təsdiq edilsin. Mövzunun dəyişdirilməsi ilə bağlı qərarın təsdiq edilməsi üçün AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Bürosunun qarşısında vəsatət qaldırılsın.
- İnstitutun “5311.01–Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə əyani doktorantı (II kurs) İsmayılov Kamran Mürsəl oğlunun fəlsəfə doktorluğu hazırlığı üzrə dissertasiya mövzusu dəyişdirilərək “Azərbaycanda prioritet maşınqayırma müəssisələrinin inkişaf istiqamətləri” təsdiq edilsin. Mövzunun dəyişdirilməsi ilə bağlı qərarın təsdiq edilməsi üçün AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Bürosunun qarşısında vəsatət qaldırılsın.
- İnstitutun “5309.01-Sənayenin təşkili və dövlət siyasəti” ixtisası üzrə əyani doktorantı (III kurs) Şahbazov Şamil Şahbaz oğlunun fəlsəfə doktorluğu hazırlığı üzrə dissertasiya mövzusu dəyişdirilərək “Azərbaycanda elektrik şəbəkələri sisteminin iqtisadi inkişaf problemləri” təsdiq edilsin. Mövzunun dəyişdirilməsi ilə bağlı qərarın təsdiq edilməsi üçün AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Bürosunun qarşısında vəsatət qaldırılsın.
- İnstitutun “5301.01–Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə dissertantı (II kurs) Mehdiyeva Mənzər İsrail qızının fəlsəfə doktorluğu hazırlığı üzrə dissertasiya mövzusu dəyişdirilərək “Azərbaycanda biznes mühiti və bank xidmətləri bazarının inkişaf perspektivləri” təsdiq edilsin. Mövzunun dəyişdirilməsi ilə bağlı qərarın təsdiq edilməsi üçün AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Bürosunun qarşısında vəsatət qaldırılsın.
5.1. Mənəfova Əsmər Qurban qızının elmi rəhbəri dəyişdirilərək iqtisad üzrə fəlsəfə doktoru, dosent Qənbərov Fuad Əlinağı oğlu təyin edilsin.