Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilib

  • Oxunub 345 dəfə

 Mayın 8-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə iclası keçirilmişdir. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.

  Direktor iclası giriş sözü ilə açaraq qeyd edib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə Azərbaycan dövləti məqsədyönlü uğurlu tədbirlər həyata keçirir. Habelə hökumət əhalinin sosial müdafiəsinin təşkili və iqtisadi aktivliyin təmin olunması sahəsində mühüm qərarlar qəbul edib. Bütün dünya iqtisadiyyatına böyük ziyan vurmuş pandemiyanın nəticələrinin aradan qaldırılması və iqtisadi artımın bərpa edilməsi isə müəyyən vaxt tələb edir. Postpandemiya dövründə cəmiyyətin iqtisadçılardan gözləntiləri artacaq. Ona görə də, iqtisadçı alimlər, tədqiqatçılar sosial-iqtisadi inkişafa öz töhfələri verməlidirlər. Bu işdə alimlərin üzərinə mühüm vəzifələr düşür. Böhranının Azərbaycan iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması istiqamətində AMEA İqtisadiyyat İnstitutunda da tədqiqatlar aparılır. Artıq İnstitutun əməkdaşları öz təklif və tövsiyələrini rəhbərliyə təqdim ediblər. Yaradılmış müvafiq işçi qrup həmin təklifləri ümimiləşdirdikdən sonra vahid sənəd formasında müvafiq dövlət idarəetmə orqanlarına təqdim olunacaqdır.

 İclasda AMEA İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov İnstitutda plan elmi tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyəti, işçi qrupların apardıqları tədqiqatlar, plan işləri qarşısında əsas tələblər, hesabat forması və s. barədə geniş məlumat verdi. Hesabatların sentyabr ayında təqdim edilməsi tövsiyyə olundu.

 Elmi Şurada Təhsil şöbəsinin müdiri, dos. Gülsurə Mehdiyeva bu il doktorantura və dissertanturaya qəbulun nəticələri barədə məlumat verdi. Dissertantların özlərinin də onlayn iştirakı ilə onların dissertasiya mövzularının hər biri ayrıca geniş müzakirə edilərək təsdiqləndi (economics.com.az).