Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilib

  • Oxunub 331 dəfə

 Sentyabrın 11-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.

  İclasda AMEA İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov İnstitutda illik plan elmi tədqiqat işlərinin yerinə yetirilməsi, işçi qrupların apardıqları tədqiqatlar, plan işləri qarşısında əsas tələblər, hesabat forması və onların təqdim olunması vaxtı və s. barədə geniş məlumat verdi. Hesabatların oktyabr ayında təqdim edilməsi tövsiyyə olundu.

 Professor Nazim Müzəffərlinin təqdimatı əsasında Elmi Şurada səsvermə yolu ilə i.f.d., dosent Leyli Allahverdiyevanın AMEA İqtisadiyyat İnstitutunun Elmi katibi vəzifəsinə seçilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edildi.

 Elmi Şurada Təhsil şöbəsinin müdiri, dos. Gülsurə Mehdiyeva fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorant və dissertantların attestasiyası haqqında məlumat verdi, attestasiyanın nəticələri müzakirə olunaraq təsdiq olundu. Habelə AMEA İqtisadiyyat İnstitutunun fəlsəfə doktorluğu hazırlığı üzrə dissertantı N.Kazımlının və doktorantı A.Eryılmazın dissertasiya mövzuları dəyişdirilərək təsdiqləndi (economics.com.az).