Elmi Şuranın 25.05.2015-ci il tarixli iclası
- Oxunub 1455 dəfə
25 may 2015-ci il tarixdə AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir.
İ.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən Şuranın iclasının gündəliyinə aşagıdakı məsələlər daxil edilmişdir:
1. AMEA-nın müxbir üzvü, i.e.d. prof. Şahbaz Muradovun 75 illik yubileyinin qeyd olunması haqqında.
2. AMEA Rəyasət Heyətinin 22 yanvar 2015-ci il, tarixli 2-1 saylı qərarına əsasən 2014-cü ildə doktoranturaya qəbul olunmuş doktorantların fərdi iş planlarının təsdiq olunması haqqında.
3. 2014-cü il üçün doktorantların attestasiyasının nəticələri haqqında.
4. Institutun “Elmi əsərlər”inin (toplu) məsul katibinin dəyişdirilməsi haqqında.
5. İnstitutun keçmiş dissertantı Əliyeva Gülər Abil qızının elmi rəhbərinin (i.e.d. S.Haqverdiyevanın) dəyişdirilməsi haqqında.
6. “Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsinin böyük elmi işçisi, i.f.d. Tariyel Qurbanovun “Milli iqtisadiyyat: tarixi-nəzəri aspektlər və inkişaf meylləri” adlı monoqrafiyasının çapa təqdim olunması haqqında.
7. “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin böyük elmi işçisi, i.f.d. Mahir Zeynalovun “Xidmət sferasında sahibkarlığın inkişafı: problemlər və perspektivlər” adlı monoqrafiyasının çapa təqdim olunması haqqında.
8. “İqtisadi nəzəriyyə və iqtisadi fikir tarixi” şöbəsinin hazırladığı “Disssertasiya mövzularına elmi rəhbərlik edənlərin siyahısı (2004-2015)” və “Dissertasiya mövzularının ixtisaslar üzrə qruplaşdırılması (2004-2015)” kitablarının çapa təqdim olunması haqqında.
9. AMEA-nın müxbir üzvü A.K.Ələsgərovun vəfatı ilə əlaqədar Elmi Şuranın tərkibindən çıxarılması haqqında.
İclasın gündəliyinə daxil edilən məsələlər müzakirə edildikdən sonra hər biri üzrə qərarlar qəbul edildi.
1-ci məsələ üzrə qərara gəlindi ki, AMEA-nın müxbir üzvü Şahbaz Musa oğlu Muradovun Azərbaycan iqtisad elminin inkişafında xidmətlərinə görə və anadan olmasının 75 illiyi ilə əlaqədər olaraq İqtisadiyyat İnstitutunun Elmi Şurası İctimai Elmlər Bölməsindən xahiş etsin ki, aşağıdakı məsələlərlə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırsın:
- AMEA-nın müxbir üzvü Ş.Muradovun dövlət tərəfindən təltif edilməsi haqqında vəsa¬tət qaldırılsın,
- AMEA-nın müxbir üzvü Ş.Muradovun 75 illik yubileyinə həsr olunmuş elmi kon¬frans keçirilsin,
- Kütləvi informasiya vasitələrində alimin həyat və yaradıcılığına həsr edilmiş məqalələr dərc edilsin,
- “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsinə tapşırılsın ki, AMEA-nın müxbir üzvü Ş.Muradovun əsərlərinin biblioqrafik göstəricisi hazırlanıb nəşr edilsin.
Gündəlikdəki 2-ci məsələ üzrə AMEA Rəyasət Heyətinin 22 yanvar 2015-ci il tarixli 2-1 saylı qərarına əsasən 2014-cü ildə doktoranturaya qəbul olunmuş doktorantların fərdi iş planları təsdin edildi.
Gündəlikdəki 3-ci məsələ üzrə 2014-cü tədris ilində AMEA İqtisadiyyat İnstitutunda doktorantların attestasiyasının nəticələri təsdiq edildi.
Gündəlikdəki 4-cü məsələ üzrə qəbul edilən qərara əsasən, i.f.d. S.Ağayeva AMEA Respublika Elmi-Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının İqtisadiyyat üzrə Problem Şurasının katibi təyin olunması ilə bağlı Institutun “Elmi əsərlər”inin (toplu) məsul katibi vəzifəsindən azad edildi. Institutun “Elmi əsərlər”inin (toplu) məsul katibi “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin elmi işçisi Məmmədova Gülnarə Vaqif qızı təsdiq olundu.
Gündəlikdəki 5-ci məsələ üzrə İnstitutun keçmiş dissertantı Əliyeva Gülər Abil qızına yeni elmi rəhbər iqtisad üzrə elmlər doktoru, prof. Ümidvar Əliyev təyin edildi.
Gündəlikdəki 6-cı məsələ üzrə “Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsinin böyük elmi işçisi, i.f.d. Tariyel Qurbanovun “Milli iqtisadiyyat: tarixi-nəzəri aspektlər və inkişaf meylləri” adlı monoqrafiyasının adı dəyişdirilərək “Azərbaycanın milli iqtisadiyyatı: tarixi aspektlər və inkişaf meyilləri” adlandırıldı və çapa tövsiyə olundu. Habelə monoqrafiyanın elmi redaktoru i.e.d. İ.A.Kərimli, rəyçiləri i.e.d., prof. H.B.Rüstəmbəyov, i.e.d. H.B.Allahverdiyev və i.f.d. X.Ş.Kərimov təsdiq edildilər.
Gündəlikdəki 7-ci məsələ üzrə Elmi Şuranın qərarına əsasən “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin böyük elmi işçisi, i.f.d. Mahir Zeynalovun “Xidmət sferasında sahibkarlığın inkişafı: problemlər və perspektivlər” adlı monoqrafiyası çapa tövsiyə edildi. Həmçinin monoqrafiyanın elmi redaktorları i.f.d., dos. A.N.Muradov və i.f.d., dos. S.H.Rizayeva, rəyçiləri i.e.d., prof. Q.S.Süleymanov və i.f.d. Ə.H.Həsənov təsdiq olundular.
Gündəlikdəki 8-ci məsələ üzrə “İqtisadi nəzəriyyə və iqtisadi fikir tarixi” şöbəsinin hazırladığı “Disssertasiya mövzularına elmi rəhbərlik edənlərin siyahısı (2004-2015)” və “Dissertasiya mövzularının ixtisaslar üzrə qruplaşdırılması (2004-2015)” kitabları da çapa tövsiyə edildi.
Gündəlikdəki 9-cu məsələ üzrə AMEA-nın müxbir üzvü A.K.Ələsgərov vəfatı ilə əlaqədar Elmi Şuranın tərkibindən çıxarıldı (economics.com.az).