Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şuranın iclası keçirilib

  • Oxunub 308 dəfə

 İyunun 17-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.

 İclasda İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d., dosent Allahyar Muradov 2021-ci ildə plan elmi tədqiqat işlərinin gedişatı, yarımillik hesabatların verilməsi, bu sahədə elmi şöbələrin üzərinə düşən əsas vəzifələrlə bağlı geniş məlumat verib. Bildirib ki, hökumət qurumları institutda aparılan tədqiqatlarla yaxından maraqlanır, bu sahədə onlarla sıx əməkdaşlıq əlaqələri qurulub. İnstitutda son illər aparılan tədqiqatlar yüksək qiymətləndirilir. Aparılmış tədqiqatlar əsasında artıq bir neçə kitab çap olunub, daha 15-ə yaxın tədqiqatın isə kitab formatında nəşr edilməsi nəzərdə tutulur.

 Elmi Şurada imtahan sullarının hazırlanması, imtahan komissiyalarının  yaradılması, imtahanların keçirilməsi qaydaları ilə bağlı məsələlər də müzakirə edilmişdir.

 Elmi Şuranın qərarı ilə professor Nazim Müzəffərlinin və dosent Allahyar Muradovun müəllifi olduqları “Azərbaycan regionlarının iqtisadi inkişaf və diversifikasiya indeksi” adlı kitab (rəyçiləri dos. R.Abdullayeva və dos. L.Allahverdiyeva) çapa tövsiyə olunmuşdur.

 İclasda əməkdaşların mükafatlandırılması, institutun maliyyələşdirilməsi, elmi-tədqiqat layihələri və Elmi Şuranın qərarlarının protokolları ilə bağlı məsələlər də müzakirə edilib. 

 Sonda gizli səsvermə yolu ilə  “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin müdiri, i.e.d. Fuad Qənbərova professor elmi adının verilməsi barədə qərar qəbul olunub (economics.com.az).