Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şurada elmi şöbələrin illik hesabatları dinlənilib

  • Oxunub 308 dəfə

 Dekabrın 7-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.

 İclasda İqtisadiyyat İnstitutunun elmi şöbələrinin 2021-ci ildə yerinə yetirdikləri plan elmi tədqiqat işləri üzrə illik hesabatları dinlənilmişdir. Şöbələrin adından professorlar - Akif Musayev, Tərbiz Əliyev, Fuad Qənbərov, Rəna Sultanova, İsa Alıyev, Tofiq Hüseynov, Müşfiq Atakişiyev, i.e.d. Mayis Gülalıyev, iqtisad üzrə fəlsəfə doktorları - Asif Mustafayev, Yaşar Məmmədov, Allahyar Muradov, Sevda Seyidova, Rəsmiyyə Abdullayeva və Mahir Zeynalov çıxış ediblər. Aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş əsərlər, kitablar, monoqrfiyalar, şöbə əməkdaşlarının elmi tədbirlərdə iştirakı, dövlət qurumları ilə əməkdaşlıq, KİV-də çıxışları və s. barədə məlumat veriblər, təklif və tövsiyələrini səsləndiriblər.  

 Şöbələrin illik elmi hesabatları ilə bağlı müzakirələr aparılıb. Elmi Şuranın dekabrın 10-da keçiriləcək növbəti iclasında İnstitutun icraçı direktor əvəzi, i.f.d., dosent Allahyar Muradovun təqdimatında yekun illik hesabatın dinlənilməsi haqqında qərar qəbul edilib (economics.com.az).