Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib

  • Oxunub 216 dəfə

 Mayın 12-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.

 Baş elmi işçi, i.e.d. Sevda Mikayılova aprelin 29-da “Naxçıvan" Universitetində "Naxçıvan Muxtar Respublikasında sənayenin diversifikasiyası beynəlxalq iqtisadi inteqrasiya amili kimi" mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda AMEA İqtisadiyyat İnstitutunun əməkdaşlarının iştirakı barədə məlumat verib. Bildirib ki, tədbirdə AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.e.d. Sevda Mikayılova, aparıcı elmi işçilər - i.f.d. Təbriz Yadigarov və i.f.d., dos. Ələsgər Sarıyev yaxından iştirak ediblər. Konfrans çox yüksək səviyyədə keçirilib, elmi məruzələr dinlənilib, maraqlı müzakirələr aparılıb. Beynalxalq konfransda fəal iştirak edən AMEA İqtisadiyyat İnstitutunun əməkdaşlarına "Naxçıvan" Universitetinin sertifikatı verilib.

 Təhsil şöbəsinin müdiri Mirvari Qəzənfərli doktorant və dissertantların attestasiyası barədə məlumat verib. Bu il yeni attestasiyanın keçirilməsi, doktorant və dissertantların təhkim olunduqları şöbələrdə yerinə yetirdikləri işlərlə bağlı müzakirələrin təşkil olunması, məruzələrin dinlənilməsi, müvafiq sahənin alimləri və şöbə müdirləri ilə görüşlərin keçirilməsi tövsiyyə olunub.  

 2022-ci il üçün AMEA-nın İqtisadiyyat İnstitutunun doktorantura və dissertanturasına sənəd qəbulu haqqında məlumat verən M.Qəzənfərli bildirib ki, ayrılmış 12 yerə 24 nəfər sənəd verib. Növbəti mərhələdə imtahanların keçirilməsi nəzərdə tutulur.  

 Elmi Şurada gizli səsvermə yolu ilə  İnstitutun aparıcı elmi işçiləri, iqtisad üzrə fəlsəfə doktorları Təbriz Yadigarov və Famil Rüstəmova dosent elmi adının verilməsi barədə qərar qəbul olunub (economics.com.az).