Elmi Şuranın iclası keçirilib
- Oxunub 130 dəfə
İyunun 16-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.
İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dosent Nəsimi Əhmədov 24 aprel - 5 may 2023-cü il tarixində Avstriyanın Vyana şəhərində Vyana Birləşmiş İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Valyuta Fondunun Professional və Təşkilati İnkişaf İnstitutunun təqdim etdiyi “Fiskal siyasət” mövzusunda beynəlxalq seminarda iştirakı barədə məlumat vermişdir. Tədqiqatçıların beynəlxalq layihələrdə, konfranslarda və təlimlərdə iştirakı imkanları ilə bağlı müzakirələr aparılmışdır.
İclasda İnstitutun fəlsəfə doktoru hazırlığı üzrə keçmiş doktorantı Leyla Serttaşın yeni dissertasiya mövzusu təsdiq olunub. Professor Gülşən Yüzbaşıyevanın və dosent Asif Mustafayevin tərtib etdikləri “Dissertasiya mövzularının ixtisaslar üzrə qruplaşdırılması (2015-2022-ci illər)” adlı kitab çapa tövsiyə edilib. Elmi Şurada gizli səsvermə yolu ilə İnstitutun aparıcı elmi işçisi, i.f.d. Mətanət Abdalovaya dosent elmi adının verilməsi haqqında da qərar qəbul olunub.
Elmi Şuranın üzvləri İnstitutun əməkdaşları – dosent Azər Səfərov, Sevda Mahmudova və Mehriban Zeynalovanı yubiley yaşları münasibətilə təbrik ediblər (economics.com.az).