Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şuranın 28.09.2015-ci il tarixli iclası

  • Oxunub 1557 dəfə

   AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçiriləcək

  Sentyabrın 28-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda Şuranın üzvləri ilk əvvəl yubiliyarları - professor Gülşən Yüzbaşiyevanı (55 yaş), Tahir İbrahimovu (65 yaş) və Seyfəddin Səməndərovu (50 yaş) təbrik etdilər.

  Sonra professor N.Müzəffərli məlumat verdi ki, 2015-ci il avqustun 10-da görkəmli iqtisadçı alim, AMEA-nın müxbir üzvü, iqtisad üzrə elmlər doktoru, professor Şahbaz Musa oğlu Muradovun 75 yaşı tamam olmuşdur. Bununla bağlı AMEA Rəyasət Heyəti 24 iyun 2015-cil tarixli 11/10 saylı qərar qəbul etmişdir. Bu qərara əsasən AMEA-nın İqtisadiyyat İnstitutu Şahbaz Muradovun 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirməli və kütləvi informasiya vasitələrində alimin həyat və yaradıcılığına həsr edilmiş məqalələr dərc etdirməlidir.

  Müzakirələrdən sonra Elmi Şura qərara almışdır ki, Ş.Muradovun 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilməsi üçün 3 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılsın. İ.e.d., prof. R.P.Sultanovanın sədrlik edəcəyi komitəyə i.f.d. A.Q.Gözəlova və i.f.d. A.A.Hüseyn də daxil edildilər. Alimin həyat və yaradıcılığı mətbuatda geniş işıqlandırılacaq. Elmi sessiya 2015-ci il noyabr ayının 26-da keçiriləcək.

  İclasda doktorantura imtahanları ilə bağlı test sualları bankının hazırlıq vəziyyəti də müzakirə edildi. Elmi Şuranın sədr müavini, i.f.d. Allahyar Muradov bildirdi ki, iqtisadiyyat elmləri üzrə test bazasının hazırlanması İqtisadiyyat İnstitutuna həvalə olunmuşdur. İqtisadiyyat elmləri üzrə 12 ixtisas vardır:
- 5301.01 Daxili fiskal siyasət və dövlət maliyyəsi
- 302.01 Ekonometriya (iqtisad, riyaziyyat)
- 5303.01 Mühasibat uçotu
- 5304.01 İqtisadi fəaliyyət növləri
- 5306.01 Texnoloji innovasiyalar iqtisadiyyatı
- 5307.01 İqtisadi nəzəriyyə
- 5308.01 Ümumi iqtisadiyyat
- 5309.01 Sənayenin təşkili və dövlət siyasəti
- 5310.01 Dünya iqtisadiyyatı
- 5311.01 Müəssisələrin təşkili və idarə olunması
- 5312.01 Sahə iqtisadiyyatı (iqtisad, coğrafiya)
- 5313.01 Demoqrafiya (iqtisad, coğrafiya, tarix, sosiologiya)
Onlardan 2-si - 5302.01 Ekonometriya və 5303.01 Mühasibat uçotu şifrələri üzrə institutumuzda doktoranturaya qəbul olmadığından bu ixtisaslar üzrə test bazası hazırlanmamışdır. Qalan 10 ixtisas üzrə test bazasına hazırlığa start verilmişdir və ümumilikdə 7 ixtisas üzrə test bazası tam və qismən hazırdır.

  Müzakirələrdən sonra Elmi Şura qərara almışdır ki, doktorantura imtahanları ilə bağlı test sualları bankı iclasda qeyd olunan çatışmazlıqlar nəzərə alınmaqla təsdiq edilsin və AMEA İctimai Elmlər Bölməsinə təqdim olunsun (economics.com.az).

 Fotoqalereya (yükləyin)