Elmi Şurada şöbələrin hesabatlarının dinlənilməsinə başlanılıb
- Oxunub 84 dəfə
Dekabrın 7-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.
Prof. Nazim Müzəffərli dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirakı, forumda müzakirə olunan məsələlər və tədbirin əhəmiyyəti barədə danışıb.
Elmi Şuranın üzvü, dosent Allahyar Muradov 2024-2025-ci illər üçün elmi-tədqiqat mövzularının műəyyənləşdirilməsi məsələləri barədə məlumat verib, işçi qaydada elmi şöbələrlə birgə növbəti 2 ilin mövzularının müzakirə ediləcəyini bildirib.
Sonra iki elmi şöbənin elmi-tadqiqat işləri üzrə illik hesabatları dinlənilib. İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin müdiri, dos. Allahyar Muradov və İqtisadi siyasətin nəzəri əsasları şöbəsinin müdiri, professor Gülşən Yüzbaşıyeva təqdimatla çıxış ediblər, il ərzində şöbələrin yerinə yetirdikləri tədqiqat mövzuları, əməkdaşların elmi fəaliyyəti, çap olunmuş əsərlər, konfranslarda iştirak, əsas elmi nəticələr barədə məlumat veriblər. Elmi Şurada hər iki şöbənin hesabatı geniş müzakirə olunub, təklif və tövsiyələr səsləndirilib.
Növbəti həftə Elmi Şurada elmi şöbələrin elmi-tadqiqat işləri üzrə illik hesabatlarının dinlənilməsi davam etdiriləcək (economics.com.az).