Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şuranın 23.10.2015-ci il tarixli iclası

  • Oxunub 1362 dəfə

 Müzakirələrdən sonra elmi hesabatların yeni qaydada müzakirəsi prosedurları təsdiqlənib

 Oktyabrın 23-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda Şuranın üzvləri ilk əvvəl 55 illik yubileyi münasibətilə aparıcı elmi işçi, f.f.d. Mayıs Gülalıyevi təbrik etdilər.

 Sonra iclasın gündəliyinə daxil edilmiş məsələlər müzakirə edildi. Elmi Şuranın qərarına əsasən iqtisad elmləri doktoru Fuad Qənbərov İnstitutun Elmi Şurasının tərkibinə daxil edildi.

 Elmi Şuranın sədr müavini, i.f.d. Allahyar Muradov İnstitutun şöbələrinin 2015-ci ildə yerinə yetirdikləri elmi-tədqiqat işlərinin yekunları üzrə hesabatların müzakirəsi və təsdiqi prosedurları haqqında məlumat verdi. Müzakirələrdən sonra elmi hesabatların yeni qaydada müzakirəsi və təsdiqi prosedurları təsdiqləndi.

 İclasda əmək intizamı haqqında İnstitutun ümumi işlər üzrə direktor müavini Şakir Alıyev məlumat verdi. Əmək intizamına nəzarətin gücləndirilməsi və elmi işçilərin məsuliyyətinin artırılması ətrafında müzakirələr aparıldı.

 Toplantıda f.f.d. M.Gülalıyevin və i.f.d. F.Musayevanın “İqtisadi liberallaşma və onun insan kapitalının inkişafına təsiri (Azərbaycan və Türkiyənin müqayisəli təhlili)” məqaləsinin “Web of Science” bazasına daxil olan elmi jurnalda çapa tövsiyə olunması haqqında məsələ də geniş müzakirə edildi. Məqalənin rəyçiləri - i.e.d. G.Yüzbaşıyeva, i.f.d. A.Muradov və i.f.d. Y.Məmmədov öz fikirlərini bildirdilər. Elmi Şuranın üzvlərinin də irad və təklifləri nəzərə alınmaqla elmi məqalə capa tövsiyyə olundu (economics.com.az).