Elmi Şuranın iclası 27.01.16
- Oxunub 1186 dəfə
Yanvarın 27-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda 2015-ci ildə fəlsəfə doktorluğu üzrə doktoranturaya qəbul olmuş 7 doktorantın dissertasiya mövzuları müzakirə edilərək təsdiqlənmişdir. Habelə iclasda daha bir necə doktorantın elmi rəhbərinin təsdiqlənməsi ilə bağlı məsələlərə müsbət baxılmışdır (economics.com.az).