Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi-tədqiqat plan işlərinin layihəsi müzakirə edildi

  • Oxunub 1103 dəfə

 Elmi Şuranın 2017-ci ildə ilk içlası keçirilib

 Yanvarın 31-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.

 İclasda növbəti 2 ilin - 2017-2018-ci illərdə yerinə yetiriləcək elmi-tədqiqat plan işlərinin layihəsi müzakirə edildi. Tədqiqat mövzularının İnstitutun elmi şöbələrində də müzakirəsindən sonra Elmi Şuranın növbəti iclasında baxılması və təsdiq olunması qərara alındı.

 Elmi Şurada gizli səsvermə yolu ilə İnstitutun aparıcı elmi işçisi, i.f.d. Tariyel Qurbanova dosent elmi adının verilməsi ilə bağlı qərar təsdiqləndi.
İclasda digər təşkilati və cari məsələlər də müzakirə edildi (economics.com.az).