Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Davamlı iqtisadi inkişafda xidmət sahələrinin rolu”

  • Oxunub 1620 dəfə

     07 noyabr 2014-cü ildə AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Əsədov İnstitutun doktorantları qarşısında (“Doktorantlar klubu”nda) “Azərbaycan Respublikasının davamlı iqtisadi inkişafında xidmət sahələrinin rolu (nəqliyyat və turizm timsalında)” mövzusunda çıxış etmişdir.

   Çıxışda “davamlı inkişaf”, “davamlı iqtisadi inkişaf” anlayışlarının izahı verilmiş, ümumilikdə davamlı iqtisadi inkişafa dair müxtəlif yanaşmalar nəzərdən keçirilmiş, davamlı iqtisadi inkişafın təmin olunmasında xidmət sahələrinin rolu, dünyada və Azərbaycanda xidmət sahələrinin inkişaf dinamikası, xidmət sahələrinin inkişafına təsir edən amillər və s. kimi məsələlərə aydınlıq gətirilmişdir.

  Daha sonra, A.M.Əsədov iştirakçıları maraqlandıran suallara cavab vermişdir. İştirakçıların böyük marağına səbəb olan mövzu ətrafında geniş elmi müzakirələr aparılmışdır. AMEA İqisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov), şöbə müdiri, professor Rəna Sultanova, şöbə müdiri Tanrıverdi Paşa, aparıcı elmi işçi Tahir İbrahimov, professor Rauf Cəbiyev, İnstitutun doktorantı Aytəkin Axundova və digərləri diskussiyalarda fəal iştirak edərək belə tədbirlərin doktorantlar üçün mühüm əhəmiyyət kəsb etdiyini, müzakirələrin müxtəlif mövzular üzrə davamlı şəkildə keçirilməsinin zəruri olduğunu bildirmişlər (economics.com.az).

    Aqil Əsədovun təqdimatı ilə daha yaxından aşağıdakı linkdə tanış olmaq olar