“Maliyyə savadlılığının insanların maliyyə davranışlarına təsiri”
- Oxunub 1536 dəfə
Kiçik elmi işçi Murad Hacıyev bu mövzuda “Gənc alimlər” klubunda təqdimatla çıxış etdi
Fevralın 28-də AMEA İqtisadiyyat İnstitutunun “Gənc alimlər” klubunun növbəti iclası keçirildi. Gənc Alimlər Şurasının sədri, i.f.d. Ramil Əliyevin sədrliyi ilə baş tutan toplantıda ilk öncə təşkilati məsələlərə baxıldı. Elmi işçi Leyla Sərttaş, kiçik elmi işçi Minarə Məmmədzadə və kiçik elmi işçi Murad Hacıyev Şuraya yeni üzvlər qəbul edildilər. Habelə Şuranın katibi, elmi işçi Gülnarə Fətəliyeva öz istəyi ilə bu vəzifədən ayrıldığı üçün açıq səsvermə əsasında Minarə Məmmədzadə Şuranın yeni katibi seçildi.
Sonra Şuranın yeni üzvü, kiçik elmi işçi Murad Hacıyev “Maliyyə savadlılığının insanların maliyyə davranışlarına təsiri” mövzusunda geniş təqdimatla çıxış etdi. O məruzəsində dünyada maliyyə savadlılığı anlayışı, dövlət maliyyə siyasəti, maliyyə maarifləndirməsinin məqsəd və əhəmiyyəti, bədxərclik və onun fərdi və ictimai zərərləri, istehlakçıların davranışları, dünyada qlobal israf və bədxərclik problemi, OECD və BMT-nin bu sahədəki hesabatları və s. barədə danışdı, gəldiyi nəticələri və təkliflərini səsləndirdi. Məruzəçi ona ünvanlanan sualları cavablandırdı. Sonra mövzu üzrə müzakirələr aparıldı (economics.com.az).
Murad Hacıyevin məruzəsi ilə aşağıdakı faylı yükləməklə tanış ola bilərsiniz