Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Pekində “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və yeni çağırışlar” mövzusunda konfrans

  • Oxunub 976 dəfə

 Mayın 14-də Çinin paytaxtı Pekində “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və yeni çağırışlar” mövzusunda forum keçirilib. Təşkilatçılar Çin Sosial Elmlər Akademiyası (ÇSEA) və Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA).

 Tədbirdə ÇSEA-nın alimləri ilə yanaşı Azərbaycandan AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti Beynəlxalq əlaqələr idarəsinin rəhbəri, dosent Esmira Əlirzayeva, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli, İnstitutun elmi katibi, i.f.d., dosent Rəsmiyyə Abdullayeva, şöbə müdiri, i.f.d. Leyli Allahverdiyeva və aparıcı elmi işçi, dosent Aqil Eyvazov iştirak ediblər.  Konfansda məruzələr dinlənilib, Çin və Azərbaycan arasında iqtisadiyyat sahəsində tərəfdaşlıq, yeni imkanlar, elm sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri üzrə geniş müzakirələr aparılıb (economics.com.az).

 Professor Nazim Müzəffərli Pekində keçirilən forumda çıxış edib

 Dosent Rəsmiyyə Abdullayeva Pekində keçirilən forumda çıxış edib

 Dosent Aqil Eyvazov Pekində keçirilən forumda çıxış edib

 İ.f.d. Leyli Allahverdiyeva Pekində keçirilən forumda çıxış edib