Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Nazim Müzəffərli Pekində keçirilən forumda çıxış edib

  • Oxunub 865 dəfə

 Xəbər verdiyimiz kimi, mayın 14-də Çin Sosial Elmlər Akademiyası (ÇSEA) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Çinin paytaxtı Pekində keçirilən “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və yeni çağırışlar” mövzusunda forumda Azərbaycan alimlərinin məruzələri dinlənilib.

  Konfansda AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli “Ölkələrin iqtisadi modellər üzrə təsnifləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb və geniş müzakirələr aparılıb. Məruzə ilə aşağıdakı faylı yükləməklə tanış olmaq olar.