Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Vergidən yayınmaya meyillik və real rentabelliyin qiymətləndirilməsi”

  • Oxunub 1425 dəfə

“Kreativ iqtisadiyyat” Diskussiya Klubunda professor Akif Musayevin təqdimatı.

     Aprelin 10-da AMEA İqtisadiyyat İnstitutunda “Kreativ iqtisadiyyat” Diskussiya Klubunda Azərbaycan vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev “Vergidən yayınmaya meyillik və real rentabelliyin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etdi.

   O, təqdimatda vergilər sahəsində dünya təcrübəsindən, ölkələr üzrə vergidən yayınma səviyyəsindən, vergi ödəməkdən yayınmanı doğuran səbəblərdən, vergidən yayınmanın mənfi təsirlərindən danışdı. Habelə Azərbaycanda vergilər sahəsindəki mövcud vəziyyət və problemlər geniş təhlil olundu. Məruzəçi Azərbaycanda vergidən yayınmanın qarşısının alınması məqsədilə hayata keçirilən tədbirlər, ölkəmizdə vergi qanunvericiliyinin təkmilləşdirilməsi və vergi yükünün aşagı salınması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmət, maarifləndirmə və məlumatlandırma, vergi orqanı əməkdaşlarının kvalifıkasiyası və yenidən hazırlanması sahəsində Vergilər Nazirliyi tərəfindən aparılan işlər barədə geniş məlumat verdi.

   Çox maraqla qarşılanan təqtimatdan sonra professor A.Musayev sualları cavablandırdı. Azərbaycanda vegidən yayınmanın səviyyəsi, vergidən yayınmanın səbəbləri, vergi sistemindəki problemlər, əmək haqlarının leqallaşdırılması sahəsindəki çətinliklər, qeyri-nəğd hesablaşmalara keçid, vergi işçiləri ilə vergi ödəyiciləri arasında say nisbətinin optimallığı, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştlərinin iqtisadi səmərəsi və bəzən bunun mənfi nəticələr doğurması, mövcud vergi yükü, vegilərin optimal həddi, sahibkarların vergidən yayınması, vergilərin toplanması və vergi sisteminin elektronlaşdırılması məsələləri, ölkəmizdə gizli iqtisadiyyatın və vergidən yayınmanın real səviyyəsidaha şox elmi müzakirələrə səbəb oldu. 

  Daha sonra AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, professor Yadulla Həsənli və digərləri mövzu ətrafında çıxış etdilər. Akademik Ziyad Səmədzadə müzakirə olunan mövzunun əhəmiyyətini qeyd etməklə yanaşı, ölkənin iqtisadi həyatında vergilərin rolundan, vergi sahəsində formalaşmış elmi məktəbdən, vergi qanunvericiliyindən, vergi güzəştlərinin səmərəliliyinin müəyyənləşdirilməsi problemlərindən, vergi yükünün optimallaşdırılmasından, vergilər sahəsində gələcək elmi tədqiqatların əsas istiqamətlərindən danışdı(economics.com.az).

Professor Akif Musayevin təqdimatı ilə daha yaxından aşağıdakı linkdə tanış olmaq olar