"Təhsil, peşə hazırlığı və həyat səviyyəsi"
- Oxunub 1578 dəfə
“Kreativ iqtisadiyyat” Diskussiya Klubunda i.f.d. Cəlil Quliyevin məruzəsi dinlənilib
Dekabrın 3-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərli (İmanov) tədbirdə əsas məruzəçi barədə məlumat verdikdən sonra İnstitutun şöbə müdiri, i.f.d. Cəlil Quliyevin "Təhsil, peşə hazırlığı və həyat səviyyəsi" mövzusunda çıxışı dinlənildi.
C.Quliyev hazırda Azərbaycanda təhsil, peşə hazırlığı və həyat səviyyəsi sahəsindəki mövcud vəziyyəti təhlil etdi. O, Azərbaycanda tam orta təhsil məktəblərinin gündüz şöbələrini bitirib peşə-ixtisas məktəblərinin gündüz şöbələrinə qəbul olunanların təhsil növlərinə görə quruluşu; dövlət və qeyri-dövlət tam orta məktəblərin göndüz şöbələrini bitirənlərin və onlardan peşə, orta ixtisas və ali təhsil məktəblərinin gündüz şöbələrinə qəbul olunanların sayı və peşə ixtisas təhsili ilə əhatə olunması; təhsil növləri üzrə tədris ilinin əvvəlinə oxuyanların sayı və quruluşu; məşğul əhalinin yaş qrupları üzrə təhsilə görə quruluşu; təhsil müəssisələrinin mülkiyyət formalarına görə quruluşu ətrafında təhlil və qiymətləndirmələr apardı. Habelə məruzəçi ona ünvanlanmış sualları cavablandırdı.
Təqdimatdan sonra mövzu ətrafında geniş müzakirələr aparıldı. Xüsusən də ölkəmizdə təhsilin və peşə hazırlığının səviyyəsi, kadr hazırlığı, kadrların keyfiyyəti, peşə hazırlığının məşğulluğa təsiri, qadınların və gənclərin məşğulluq problemi, regionlarda peşə təhsilinin təşkili, demoqrafik problemlər, təhsil səviyyəsi ilə hayat səviyyəsi arasındakı əlaqə və s. kimi aktual məsələlər maraqlı diskussiyalara səbəb oldu (economics.com.az).
i.f.d. Cəlil Quliyevin məruzəsi ilə daha yaxından aşağıdakı linqdə tanış olmaq olar